Ziya Məmmədovun müşavirinə pul `atan` şəxs azadlıqda


18:50     21 Aprel 2017 272607_4393886.jpg

Dövlət Avtomobil Nəqliyyatı Xidmətininin mənimsəmədə təqsirləndirilən sabiq nəzarətçisi Rövşən Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Fərid Nağıyev çıxış edərək, təqsirləndirilən şəxsin cinayətinin məhkəmə istintaqı zamanı sübuta yetirildiyini deyib. O, R. Əhmədova 10 illik həbs cəzası istəyib.

Daha sonra təqsirləndirilən şəxsin vəkili Adəm Məmmədov çıxış edib. O, müdafiə etdiyi şəxs barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

R. Əhmədovun digər vəkili Ülkər Yusifova da hüquqlarını müdafiə etdiyi şəxsə bəraət hökmünün çıxarlmasını istəyib: "Cinayət işində qızılların siyahısı ilə bağlı materiallara da rast gəlinmir".

Təqsirləndirilən R. Əhmədov son söz deyib. O, çıxışında günahsız olduğunu və zərərçəkmiş Çingiz Baxşıyevə məxsus qızılları mənimsəmədiyini deyib.

Prosesdə hökm oxunub. Hakimlər kollegiyasında hökmü ilə R. Əhmədova bəraət hökmü çıxarılıb. O, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, R.Əhmədov nəqliyyat naziri Ziya Məmmədovun sabiq müşaviri Çingiz Baxşıyevə qarşı dələduzluqda ittiham edilir. Belə ki, o, Ç. Baxşıyevə məxsus 800 min manat dəyərində qızıl-zinət əşyalarını öz mülkiyyətinə keçirib.

Femida.az

Açar sözlər:

Oxunub: 1365